Morales Nobel Sülh Mükafatına namizəd oldu

Morales Nobel Sülh Mükafatına namizəd oldu Boliviyanın keçmiş prezidenti Evo Morales 2020-ci ilin Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülüb.
Digər ölkələr
155
4 Mart , 2020 07:38
Morales Nobel Sülh Mükafatına namizəd oldu

Boliviyanın keçmiş prezidenti Evo Morales 2020-ci ilin Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülüb.

“Report” “TASS”a istinadən xəbər verir ki, belə bir təşəbbüslə 1980-ci ildə Nobel Sülh Mükafatına layiq görülən argentinalı ictimai xadim və hüquq müdafiəçisi Adolfo Perez Esqivel çıxış edib.

88 yaşlı argentinalı hüquq müdafiəçisi, qərarını Boliviyanın sabiq rəhbərinin ən yüksək dövlət vəzifəsində çalışdığı müddətdə yoxsulluğa, iqlim dəyişikliyinə qarşı mübarizə aparması və sülhün təmin edilməsinə yönəlmiş sosial proqramları uğurla icra etməsilə izah edib.

Qeyd edək ki, ötən ilin oktyabrın 20-də Boliviyada prezident seçkiləri keçirilib. Ali Seçki Məhkəməsi E. Moralesin seçkilərdə qalıb gəldiyini elan edib. Seçkilərin nəticələrinin elan olunmasından sonra Boliviyada etiraz aksiyaları başlayıb. Etirazlar zamanı baş verən toqquşmalarda 3 nəfər ölüb, 380 nəfər xəsarət alıb. 

Bundan sonra Evo Morales rəsmən istefa verib və bir müddət sonra Meksikanın siyasi sığınacaq təklifini qəbul edib. 

Son xəbərlər

Orphus sistemi