Morales Argentinada Boliviya ilə sərhəd yaxınlığında yaşayacaq

Morales Argentinada Boliviya ilə sərhəd yaxınlığında yaşayacaq Boliviyanın sabiq prezidenti Evo Morales Argentinanın San-Ramon-de-la-Nueva-Oran şəhərində yaşayacaq.
Digər ölkələr
14 Dekabr , 2019 06:55
Morales Argentinada Boliviya ilə sərhəd yaxınlığında yaşayacaq

Boliviyanın sabiq prezidenti Evo Morales Argentinanın San-Ramon-de-la-Nueva-Oran şəhərində yaşayacaq.

"Report" xəbər verir ki, bu barədə Argentinanın "Expreso de Salta" nəşri mənbələrə istinadən bildirib.

Qeyd edilir ki, bu ərazi ilə Boliviya arasında məsafə zaman baxımından bir saatdan da azdır.

Nəşrin məlumatına görə, Morales şəhərə gələn həftə gələcək.O, buradan 2020-ci ildə Boliviyada keçiriləcək prezident seçkilərində öz partiyasının seçki kampaniyasına rəhbərlik edəcək.

"Eks prezidentlə birlikdə işləmiş 12 nəfərdən biri, keçmiş vitse-prezident Alvaro Qarsiya Linera da həmin şəhərdə qalacaq", - nəşr qeyd edir.

Morales ona siyasi sığınacaq vermiş Argentinada yaşayacaq. Kirayəyə götürülmüş evdə qalacaq keçmiş prezidenti federal polis qoruyacaq.

Son xəbərlər

Orphus sistemi