Yuxarı

​Moqerini Rusiyanı ukraynalı hərbçi Savçenkonu azad etməyə çağırıb

Bu insanın canı yanma məsələsidir

Bakı. 10 mart. REPORT.AZ/ Avropa diplomatiyasının rəhbəri Federika Moqerini Rusiya Federasiyasını Donbasda jurnalistlərin ölümünə səbəb olmaqda günahlandırılan ukraynalı hərbçi Nadejda Savçenkonu azad etməyə çağırıb.

"Report" xəbər verir ki, onun sözlərini "Frans Press" agentliyi sitat gətirib.

"Bu artıq nə hüquqi, nə də siyasi hadisə deyil. İndi bu insanın canı yanma məsələsidir", — deyə Moqerini bildirib.

O əlavə edib ki, Savçenkonun sərbəst buraxılması bütün əsir və məhbusların azad olunmasını tələb edən Minsk razılaşması öhdəliklərinə uyğun olardı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi