Moqerini: "Avropa İttifaqı İranla nüvə sazişinə sadiq qalacaq"

Moqerini: "Avropa İttifaqı İranla nüvə sazişinə sadiq qalacaq" "Aİ Trampın İranın nüvə proqramı üzrə Birgə fəaliyyət planından çıxmaq qərarından narahatdır"
Digər ölkələr
9 May , 2018 02:25
Moqerini: Avropa İttifaqı İranla nüvə sazişinə sadiq qalacaq

Bakı. 9 may. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı üzrə Birgə fəaliyyət planından çıxmaq barədə qərarından narahatdır və sövdələşmənin icra edilməsinə sadiq qalacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Aİ diplomatiyasının rəhbəri Federika Moqerini bildirib.

"İran saziş çərçivəsində öz öhdəliklərini yerinə yetirdikcə, necə ki, o bunu edir, Aİ nüvə sazişinin tam olaraq reallaşdırılmasına sadiq qalacaq", - deyə o söyləyib.

Son xəbərlər

Orphus sistemi