Moqadişoda Prezident sarayı yaxınlığında otelə hücum edən şəxslər saxlanılıb

Moqadişoda Prezident sarayı yaxınlığında otelə hücum edən şəxslər saxlanılıb Hücum nəticəsində 25 nəfər ölüb
Digər ölkələr
29 Oktyabr , 2017 11:59
Moqadişoda Prezident sarayı yaxınlığında otelə hücum edən şəxslər saxlanılıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda otelə təşkil edilən və 25 nəfərin ölümünə səbəb olan hücumun iştirakçıları saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Somalinin informasiya naziri Əbdürrəhman Osman öz "Twitter" hesabında yazıb.

"Təhlükəsizlik xidməti orqanları iddia edirlər ki, "Nasa Hablod 2" mehmanxanasına hücum edən 5 terrorçudan üçü saxlanılıb. Onlardan ikisi kamikadze olub", — deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi