Moqadişoda polis bölməsi yaxınlığında partlayış baş verib

Moqadişoda polis bölməsi yaxınlığında partlayış baş verib Hücumu terrorçu-kamikadzenin həyata keçirdiyi güman edilir
Digər ölkələr
23 Fevral , 2021 14:02
Moqadişoda polis bölməsi yaxınlığında partlayış baş verib

Somalinin paytaxtı Moqadişo şəhərinin Hamarven bölgəsində yerləşən polis bölməsinin yaxınlığında güclü partlayış olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Somalinin “Garowe” xəbər portalı məlumat yayıb.

Məlumata görə, hücumu terrorçu-kamikadzenin həyata keçirdiyi güman edilir.

Partlayışın baş verdiyi ərazi ordu bölmələri tərəfindən mühasirəyə alınıb. Mümkün zərərçəkənlərə dair hələlik heç bir məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi