Moody's ABŞ hökumətinə 864 mln. dollar cərimə ödəyəcək

Moody's ABŞ hökumətinə 864 mln. dollar cərimə ödəyəcək Beynəlxalq reytinq agentliyi qlobal maliyyə böhranından əvvəl ipoteka istiqrazları üzrə yüksək reytinq qiymətləri verməkdə ittiham olunurdu
Digər ölkələr
14 Yanvar , 2017 10:01
Moody's ABŞ hökumətinə 864 mln. dollar cərimə ödəyəcək

Bakı. 14 yanvar. REPORT.AZ/ Moody's beynəlxalq reytinq agentliyi ABŞ hökumətinə 864 mln. dollar cərimə ödəyəcək. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu addım 2008-ci ildəki böhran ərəfəsində böyük pozuntularda ittiham olunan şirkət barəsində başladılan təhqiqatın dayandırılması və bütün iddiaların götürülməsi üçün atılıb.  

Moody's təqribən 437 mln. dollar ABŞ Ədliyyə Nazirliyinə ödəyəcək, qalan vəsait isə 21 ştatın prokurorluqları arasında paylaşdırılacaq.

Qeyd edək ki, ABŞ hökuməti Moody's beynəlxalq reytinq agentliyini qlobal maliyyə böhranından əvvəl ipoteka istiqrazları üzrə yüksək reytinq qiymətləri verməkdə ittiham edib. Oxşar ittihamlar Standard&Poor's beynəlxalq reytinq agentliyinə qarşı da irəli sürülüb. Sonuncu 1,3 mlrd dollardan artıq məbləğdə cərimələnib. Çünki həmin agentliklərin müsbət qiymətlərinə əsaslanan bir çox investorlar ipoteka kağızlarını əldə etsə də, ancaq bazarı çökdüyü zaman böyük zərər görüblər. Bir çox ekspertlərin fikrincə, ipoteka bazarının süqutu maliyyə böhranının başlanmasına gətirib çıxarıb. 

Son xəbərlər

Orphus sistemi