Monteneqronun baş naziri Donald Trampın onu itələməsiylə bağlı insidenti şərh edib - VİDEO

Monteneqronun baş naziri Donald Trampın onu itələməsiylə bağlı insidenti şərh edib - VİDEO Duşko Markoviç: "ABŞ prezidenti üçün ön sırada olmaq təbiidir"
Digər ölkələr
26 May , 2017 10:53
Monteneqronun baş naziri Donald Trampın onu itələməsiylə bağlı insidenti şərh edib - VİDEO

Bakı. 26 may. REPORT.AZ/ Monteneqronun baş naziri Duşko Markoviç NATO sammitində kollektiv şəkil çəkilməsi üçün siyasətçilərin düzülüşü zamanı ABŞ prezidenti Donald Trampın onu itələdiyini heç hiss etmədiyini bildirib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, D.Trampın monteneqrolu baş naziri itələdiyi video internetdə geniş yayılıb.

"Bunu heç hiss eləmədim. Yalnız sosial şəbəkələrdə buna reaksiya gördüm. Bu, sadəcə, təsadüfi hadisə oldu", - D.Markoviç jurnalistlərə deyib.

Kadrlardan da göründüyü kimi, D.Tramp NATO sammitinin digər qonaqları arasından ön sıraya çıxmaq istəyir və bu zaman monteneqrolu naziri sanki ərklə bir qədər kənara itələyib önə çıxır. Ardından ABŞ prezidenti heç nə olmayıbmış kimi, pencəyini düzəldir və fotosessiya üçün mövqe tutur.

D.Markoviç isə bu epizoda xüsusi diqqət yetirməməyə çağırıb. "Bu gün jurnalistlər bu məsələni hər baxımdan müzakirə edir deyə bildirmək istəyirəm ki, ABŞ prezidenti üçün ön sırada olmaq təbiidir", - baş nazir bildirib.

Son xəbərlər

Orphus sistemi