Monteneqroda qaçqınlarla yerli sakinlər arasında kütləvi dava olub

Monteneqroda qaçqınlarla yerli sakinlər arasında kütləvi dava olub Qarşıdurma zamanı Pakistan vətəndaşlarından biri ağır xəsarət alıb
Digər ölkələr
16 Fevral , 2017 05:54
Monteneqroda qaçqınlarla yerli sakinlər arasında kütləvi dava olub

Bakı. 16 fevral. REPORT.AZ/ Monteneqroda qaçqınlarla yerli sakinlər arasında baş vermiş qarşıdurmada bir neçə nəfər xəsarət alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə paytaxt yaxınlığında, Spuj qəsəbəsində, qaçqınların sığınacağı yaxınlığında, çərşənbə günü gecə baş verib.

Məlumata görə, polis dalaşanları ayırmaq üçün havaya atəş açıb. Qarşıdurma zamanı Pakistan vətəndaşlarından biri başından ağır xəsarət alıb. Daha bir neçə nəfər yüngül yaralanıb.

Tərəflər baş vermiş kütləvi davaya görə bir-birlərini ittiham ediblər. Qaçqınlar yerli sakinləri irqçilikdə ittiham edirlər. Qarşı tərəf isə əcnəbiləri oğurluqda günahlandırır. 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi