Monteneqroda parlament seçkiləri keçirilir

Monteneqroda parlament seçkiləri keçirilir Seçkidə ümumilikdə 3 koalisiya və 14 siyasi təşkilat iştirak edir
Digər ölkələr
16 Oktyabr , 2016 10:01
Monteneqroda parlament seçkiləri keçirilir

Bakı. 16 oktyabr. REPORT.AZ/Monteneqroda parlamentə (Skupşina) seçkilər keçirilir.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, seçkidə ümumilikdə 3 koalisiya və 14 siyasi təşkilat iştirak edir.

Dövlət Seçki Komissiyasınn məlumatına görə, ölkədə 530 min nəfərin səsvermə hüququ var. İnformasiyaya əsasən,Monteneqron əhalisinin 622 min 833 nəfərdir.

Məlumata görə, sonuncu parlament seçkiləri 2012-ci il oktyabrın 14-ədə keçirilib. Monteneqro parlamenti 4 ildən bir ümumxalq səsverməsi ilə keçirilən seçki nəticəsində 81 üzvdən formalaşır. 

Son xəbərlər

Orphus sistemi