Monteneqroda etirazlar zamanı qarşıdurmalar olub, polis əməkdaşları xəsarət alıb

Monteneqroda etirazlar zamanı qarşıdurmalar olub, polis əməkdaşları xəsarət alıb Monteneqroda etiraz aksiyaları zamanı nümayişçilərlə polis əməkdaşları arasında toqquşmalar olub.
Digər ölkələr
30 Dekabr , 2019 08:35
Monteneqroda etirazlar zamanı qarşıdurmalar olub, polis əməkdaşları xəsarət alıb

Monteneqroda etiraz aksiyaları zamanı nümayişçilərlə polis əməkdaşları arasında toqquşmalar olub.

"Report" xəbər verir ki, bu barədə ölkə polisinə istinadən RİA "Novosti" agentliyi məlumat yayıb.

Qeyd edilir ki, toqquşmalar zamanı 4 polis əməkdaşı yaralanıb. Onların vəziyyəti haqqında heç nə məlum deyil.

Xatırladaq ki, Monteneqro parlamenti dekabrın 27-də etirazlara səbəb olmuş mübahisəli dini birləşmələrlə bağlı qanunu qəbul edib.

Sənədin müzakirəsi nahardan gecəyə qədər davam edib. Yarıboş iclas zalının deputatları müxalifət təklif etdiyi bütün düzəlişləri rədd ediblər. Nəticədə qanunun qəbulu üçün səsvermə zamanı cəmi 45 deputat səs verib.

Qanun keşişlərin etirazına səbəb olub. Serbiya Pravoslav Kilsəsi qanunun qəbulundan sonra kilsə əmlakının ələ keçirilməsindən və onun pravoslav dünyasında tanınmayan "avtokefal" kilsəsinə təhvil verilməsindən ehtiyat edir.

Ölkədə bir çoxları yeni qanunu mübahisəli sayıblar, ayrı-ayrı şəhərləri etirazlar bürüyüb. Nümayişçilər yolları bağlamağa başlayıblar.

Son xəbərlər

Orphus sistemi