Monteneqro parlamenti Prezidentin istefası proseduruna başlayıb

Monteneqro parlamenti Prezidentin istefası proseduruna başlayıb Monteneqronun parlament çoxluğu cümə axşamı Prezident Milo Cukanoviçin istefası proseduruna başlamaq təklifini imzalayıb.
Digər ölkələr
23 Sentyabr , 2022 02:25
Monteneqro parlamenti Prezidentin istefası proseduruna başlayıb

Monteneqronun parlament çoxluğu cümə axşamı Prezident Milo Cukanoviçin istefası proseduruna başlamaq təklifini imzalayıb.

“Report” xəbər verir ki, bu barədə respublikanın milli televiziyası RTCG məlumat yayıb.

Bildirilir ki, 80 yerlik parlamentin 41 deputatı parlamentə “prezident tərəfindən konstitusiya pozuntusunu yoxlamaq” tapşırığı verən sənədi imzalayıb, həmçinin Monteneqro liderinin istefası prosedurunu işə salıb.

Sənəddə deyilir ki, “Prezident Cukanoviç bütün parlament partiyalarını gələcək baş Bazirin namizədliyi ilə bağlı məsləhətləşmələrə dəvət etməməklə ölkə konstitusiyasının 95-ci maddəsinin 5-ci bəndini pozub”.

"Təsdiqləyirik ki, Cukanoviç 41 deputatın dəstəyini alan Baş nazir vəzifəsinə namizəd Miodraq Lekiçi danışığa dəvət etməyib. Prezident Milo Cukanoviç bu hərəkətləri ilə şübhəsiz ki, konstitusiyanı pozmuşdur. Bunun əsasında Monteneqro Assambleyasından Prezidentin istefası proseduruna başlamasını xahiş edirik”, - sənəddə bildirilir.

Son xəbərlər

Orphus sistemi