Monrealda dövlət işçiləri yürüşə çıxıb

Monrealda dövlət işçiləri yürüşə çıxıb Kanadanın Monreal şəhərində Dövlətin dünyəvi xarakteri haqqında qanuna etiraz aksiyası keçirilib.
Digər ölkələr
8 Aprel , 2019 04:50
Monrealda dövlət işçiləri yürüşə çıxıb

Kanadanın Monreal şəhərində Dövlətin dünyəvi xarakteri haqqında qanuna etiraz aksiyası keçirilib. 

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Journal du Montreal" məlumat yayıb.

Etirazçılar dövlət qulluqçularının dini atributlardan istifadəsinə qadağanı nəzərdə tutan qanunun vətəndaş hüquq və azadlıqlarının pozulması kimi dəyərləndiriblər.

Xatırladaq ki, sənədə əsasən dövlət müəssisələrinin işçilərinə islam dininə sitayiş aid baş örtüyü, habelə xristianların xaçı da daxil olmaqla, istənilən dinlərə aid atributlardan istifadəyə qadağa qoyulub. 

Son xəbərlər

Orphus sistemi