Monqolustanda ilk koronavirusa yoluxma təsdiqləndi

Monqolustanda ilk koronavirusa yoluxma təsdiqləndi Monqolustanın Xüsusi Dövlət Komissiyası martın 10-da ölkədə ilk koronavirusa yoluxma hadisəsini təsdiqləyib.
Digər ölkələr
209
10 Mart , 2020 05:55
Monqolustanda ilk koronavirusa yoluxma təsdiqləndi

Monqolustanın Xüsusi Dövlət Komissiyası martın 10-da ölkədə ilk koronavirusa yoluxma hadisəsini təsdiqləyib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, virusa yoluxan şəxs ölkəyə Fransadan Rusiya vasitəsilə gəlib. 

Qeyd edilir ki, həmin şəxs fransızdır və Monqolustanda işləyir. Koronavirus xəstəsinin təmasda olduğu insanlar da müəyyənləşdirilib.

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun beynəlxalq dərəcəli təhlükə olduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi