Monqolustan və Rusiya sərhədində zəlzələ olub

Monqolustan və Rusiya sərhədində zəlzələ olub Tələfat və ya dağıntı barədə məlumat verilmir
Digər ölkələr
2 Avqust , 2017 08:27
Monqolustan və Rusiya sərhədində zəlzələ olub

Bakı. 2 avqust. REPORT.AZ/ Monqolustanın mərkəzi hissəsində, Rusiya ilə sərhədin 50 kilometrliyində zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə "İnterfax" agentliyi məlumat yayıb.

Rusiya Elmlər Akademiyasının Geofizika İdarəsinin Altay-Sayan filialının məlumatına görə, yeraltı təkanlar Qızıl şəhərindən 364 kilometr şərqdə qeydə alınıb. Zəlzələnin intensivliyi episentrdə 4,9 bal olub.

Tələfat və ya dağıntı barədə məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi