Moldovanın Nəqliyyat və Yol İnfrastrukturu Nazirliyində axtarış aparılır

Moldovanın Nəqliyyat və Yol İnfrastrukturu Nazirliyində axtarış aparılır Axtarış tədbirləri Avropa fondlarından alınan vəsaitlərin başqa məqsədlər üçün istifadə edilməsi işi ilə bağlı keçirilir
Digər ölkələr
27 Aprel , 2017 12:31
Moldovanın Nəqliyyat və Yol İnfrastrukturu Nazirliyində axtarış aparılır

Bakı. 27 aprel. REPORT.AZ/ Moldovanın Milli Antikorrupsiya Mərkəzinin (MAM) əməkdaşları Nəqliyyat və Yol İnfrastrukturu Nazirliyində axtarış aparırlar.

"Report" TASS-a istinadən xəbər verir ki, MAM-ın mətbuat xidməti axtarış tədbirlərinin Avropa fondlarından alınan vəsaitlərin başqa məqsədlər üçün istifadə edilməsi işi ilə bağlı keçirildiyini bildirib.

Məlumata görə, axtarışlar həmçinin ötən həftə ölkəni tərk edən və hökumətin iclasında iştirak etməyən nəqliyyat və yol infrastrukturu naziri Yuri Kirinçukun kabinetində də aparılır.

Son xəbərlər

Orphus sistemi