​Moldovadakı iğtişaşlarda 14 polis əməkdaşı xəsarət alıb

​Moldovadakı iğtişaşlarda 14 polis əməkdaşı xəsarət alıb Onlardan bir neçəsi ağır bədən xəsarəti alıb
Digər ölkələr
24 Aprel , 2016 20:52
​Moldovadakı iğtişaşlarda 14 polis əməkdaşı xəsarət alıb

Bakı. 24 aprel. REPORT.AZ/Moldovanın paytaxtı Kişinyov şəhərində baş vermiş iğtişaşlar zamanı 14 polis əməkdaşı xəsarət alıb. "Report" xəbər verir ki, onlardan bir neçəsi ağır bədən xəsarəti alıb. Yaralı polis əməkdaşları Moldova Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

Qeyd edək ki, iğtişaş etiraz aksiyası keçirən bir qrup şəxsin iqtidarda olan Demokrat Partiyasının sədr müavini Vladimir Plaxotnykun evinin qarşısına cəhd göstərən zaman yaranıb. Etitrazçılar partiyanın sədr müavinin cinayət məsuliyyətinə cəlb edilməsini və növbədənkənar seçkinin keçirilməsini tələb edirlər.      

Son xəbərlər

Orphus sistemi