Moldovada yeni alyansın yaradılması üzrə danışıqlar aparılır

Moldovada yeni alyansın yaradılması üzrə danışıqlar aparılır Baş nazir Valeriu Strelts başda olmaqla Moldova Nazirlər Kabineti oktyabrın 29-da istefaya göndərilib.
Digər ölkələr
31 Oktyabr , 2015 18:28
Moldovada yeni alyansın yaradılması üzrə danışıqlar aparılır

Bakı. 31 oktyabr. REPORT.AZ/ Moldovada Demokratik Partiyanın (DP), Liberal Partiyanın (LP) və Moldovanın Avropa Xalq Partiyasının (MAXP) nümayəndələri yeni alyansın formalaşması üzrə danışıqların birinci mərhələsində iştirak ediblər.

Moldova Liberal-Demokrat Partiyası (MLDP) danışıqlarda iştirakdan imtina edib. Bir saatdan çox davam edən müzakirələrdən sonra iştirakçılar bildiriblər ki, görüşdə Avropa kursunun daimi olmasının mühümlüyü, habelə yeni hökumətin formalaşdırılmasında MLDP-nin iştirakının vacibliyi haqqında danışılıb.

Partiya liderləri etiraf ediblər ki, Aİ qarşısında bütün öhdəliklərə riayət etmək lazımdır və gələcək hökumət majoritar olmalıdır.

Xatırladaq ki, Baş nazir Valeriu Strelts başda olmaqla Moldova Nazirlər Kabineti oktyabrın 29-da istefaya göndərilib. Prezident Nikolae Timofti hökumətin istefası və baş nazirin müavini George Breqin baş nazirin səlahiyyətlərini müvəqqəti icra etməsi haqqında fərman imzalayıb.

Son xəbərlər

Orphus sistemi