Moldovada prezident seçkisi üzrə rəsmi təbliğat kampaniyasına başlanılıb

Moldovada prezident seçkisi üzrə rəsmi təbliğat kampaniyasına başlanılıb Seçkiqabağı təbliğat-təşviqat kampaniyasına 65 mln. lei xərclənəcək
Digər ölkələr
30 Sentyabr , 2016 16:47
Moldovada prezident seçkisi üzrə rəsmi təbliğat kampaniyasına başlanılıb

Kişinyov. 30 sentyabr. REPORT.AZ/ Bu gündən etibarən Moldovada prezident seçkisi üzrə təbliğat kampaniyasına rəsmən start verilib. 

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, kampaniyaya yalnız Moldova Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçmiş namizədlər başlaya bilər. Bunlar Moldova Demokratik Partiyasının sədri Marian Lupu, Liberal Partiyasının sədri Mihay Qimpu, Moldova Avropa Xalq Partiyasının sədri Yuri Lyanke, Ləyaqət və Həqiqət Platforması Partiyasının sədri Andrey Nestase, “Hüquq bərabərliyi” Hərəkatının rəhbəri İnna Popenko, "Bizim Partiya"nın nümayəndəsi Dmitri Çubaşenko, Fəaliyyət və Həmrəylik Partiyasının sədri Maya Sandu və Sosialistlər Partiyasının sədri İqor Dodondur. Artıq namizədlərin bəziləri bu gündən fəal təbliğat-təşviqat kampaniyasına başlayıblar.

MSK-nın təsdiq olunmuş reqlamentinə əsasən, seçkiqabağı təbliğat-təşviqat kampaniyasına 65 mln. lei (təqibən 3 mln. avro) xərclənəcək.

Xatırladaq ki, oktyabrın 30-da Moldovada keçiriləcək prezident seçkisində 8 namizəd qeydə alınıb. Ötən gün isə daha 8 namizəd qeydiyyata alınmaq məqsədilə zəruri sayda imza toplayaraq MSK-ya təqdim edib. Oktyabrın 6-dək MSK namizədlər barədə rəsmi qərarını açıqlayacaq. Bu gün həmçinin MSK-da keçirilən püşkatma nəticəsində qeydə alınacağı təqdirdə son 8 namizədin bülletenlərdə adlarının sırası da müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi