​​​​​​​Moldovada prezident seçkilərində səslərin 99%-i hesablanıb, Maya Sandu liderdir

​​​​​​​Moldovada prezident seçkilərində səslərin 99%-i hesablanıb, Maya Sandu liderdir Moldovada prezident seçkilərində bütün seçki məntəqələri yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00-da) bağlanıb.
Digər ölkələr
2201
2 Noyabr , 2020 06:15
​​​​​​​Moldovada prezident seçkilərində səslərin 99%-i hesablanıb, Maya Sandu liderdir
Maya Sandu

Moldovanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə prezident seçkilərində səsvermənin gedişatında protokolların 99 faizinin yoxlanılmasına əsasən məlumatları dərc edib.

“Report” xəbər verir ki, bu barədə “Sputnik Moldova” bildirib.

Qeyd edilir ki, seçicilərin 35,42%-i ölkənin keçmiş baş naziri Maya Sanduya səs verib, eyni zamanda ölkənin hazırkı prezidenti İqor Dodon 33,16% seçici səsini toplayıb.

MSK-da qeyd ediblər ki, hər iki namizəd dövlət başçısı seçkilərinin ikinci turuna keçir. Namizədlərdən heç biri elektoratın 50% dəstəyini qazanmadığından təkrar səsvermə keçiriləcək.

Qeyd edək ki, ötən gün Moldovada prezident seçkiləri keçirilib. Seçkidə iştirak 33,33%-i ötüb, buna görə seçkilər baş tutmuş sayılır.

02:25

Moldovada prezident seçkilərində bütün seçki məntəqələri yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00-da) bağlanıb.

“Report” xəbər verir ki, bu barədə ölkə Polisinin Baş Komissarlığının mətbuat xidməti bildirib.

"Saat 21:00-da ölkədə bütün seçki məntəqələri öz fəaliyyətini başa çatdırdı. Pozuntular qeydə alınmayıb. Polis əməkdaşları səslərin hesablanması vaxtı ictimai asayişi təmin edirlər", - xəbərdə deyilir.

Seçki məntəqələrinin 70 fazininin protokollarının hesablanmasına əsasən seçkilərin ikinci turunda Moldova prezidentinin mandatı uğrunda hazırkı dövlət başçısı İqor Dodon və keçmiş baş nazir, "Hərəkət və həmrəylik" Partiyasından namizəd Maya Sandu mübarizə aparacaqlar.

Məlumatlara əsasən İqor Dodon 36,42 faiz səs yığıb, Maya Sandu isə seçicilərin 30,8% səsini toplayıb. Siyahıda sonrakı yerləri az səslə digər 6 namizəd bölüşür.

Moldovanın seçki qanunvericiliyinə əsasən, namizədlərdən biri 50 faizdən çox səs toplamadığı halda, səsvermələrin ikinci turu keçirilməlidir.

Analitiklər protokolların 100 faizinin hesablanmasından sonra İqor Dodon və Maya Sandunun demək olar, eyni səs toplayacaqlarını istisna etmirlər. Bu baxımdan Dodon və Sandu ikinci tura çıxıblar.

Son xəbərlər

Orphus sistemi