Yuxarı
    Bağlamaq

    Moldovada prezident ikinci turda seçiləcək

    MSK-nın məlumatına görə, seçkilərdə iştirak 48,97% təşkil edib

    Bakı. 31 oktyabr. REPORT.AZ/ Moldovada ölkə prezidenti sol və sağ müxalifət liderlərinin iştirak edəcəyi ikinci turda məlum olacaq.

    "Report" xəbər verir ki, birinci turda qalib gəlmək üçün namizədlər 50 faiz üstəgəl bir səs toplamalı idilər.

    Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin məlumatına görə, protokolların 98,6%-nin açılmasından sonra Sosialistlər Partiyasının rəhbəri İqor Dodon seçici səslərinin 48,6%-ni, sağçı Avropayönlü koalisiyadan yeganə namizəd Mayya Sandu isə səslərin 37,9%-ni toplayır.

    "Hələ ki, səsvermənin ilkin nəticələri var. Biz yekun nəticələr barədə danışa bilmərik, lakin aydın görünür ki, heç bir namizəd 50%-dən çox səs toplamayacaq", - deyə jurnalistlərə MSK üzvü Yuri Çekan bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi