Moldovada COVID-19-a yoluxanların sayı 9,5 mini ötdü

Moldovada COVID-19-a yoluxanların sayı 9,5 mini ötdü Moldovada koronavirusa yoluxanların sayı artıb.
Digər ölkələr
6 İyun , 2020 19:00
Moldovada COVID-19-a yoluxanların sayı 9,5 mini ötdü

Moldovada koronavirusa yoluxanların sayı artıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son sutka ərzində 264 nəfərdə koronavirus infeksiyası aşkar edilib. 

Bununla da, ölkədə virusa yoluxanları sayı 9 511-ə çatıb.

Müalicə alan 450 xəstə sağalsa da, 331 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Moldovada hər bir milyon əhaliyə 595 xəstə və 90 ölüm düşür ki, bu göstərici də Rusiya, İspaniya, Portuqaliya, Belarus, İtaliya ilə müqayisədə yaxşıdır.

Son xəbərlər

Orphus sistemi