Moldovada boksçu yol qəzasında həlak olub

Moldovada boksçu yol qəzasında həlak olub Moldovalı boksçu Vasili Belous 34 yaşında yol qəzası nəticəsində həlak olub.
Digər ölkələr
31 Avqust , 2021 22:36
Moldovada boksçu yol qəzasında həlak olub

Moldovalı boksçu Vasili Belous 34 yaşında yol qəzası nəticəsində həlak olub.

"Report"un məlumatına görə, bu barədə Moldovanın "publika.md" portalı xəbər verir.

Qəza Moldovanın Oçnitsa bölgəsində baş verib. Belə ki, Belous idarəetməni itirərək avtomobilini monastırın daş qapısına çırpıb.

Belous 2017-ci il boks üzrə Avropa Çempionatının bürünc mükafatçısı, çoxqat Moldova çempionudur. 2012-ci il Olimpiya Oyunlarında isə ikinci turda məğlub olub.

Son xəbərlər

Orphus sistemi