Moldovada Afrika donuz taunu aşkar edilib

Moldovada Afrika donuz taunu aşkar edilib Moldovanın paytaxtı Kişinyovdan 50 km aralıda Afrika donuz taunu aşkarlanıb.
Digər ölkələr
11 iyul 2022 17:11
Moldovada Afrika donuz taunu aşkar edilib

Moldovanın paytaxtı Kişinyovdan 50 km aralıda Afrika donuz taunu aşkarlanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Moldovanın Qida Təhlükəsizliyi üzrə Milli Agentliyi məlumat yayıb.

"Donuzların Afrika taunu Straseni rayonunun Lozova kəndindəki təsərrüfatda qeydə alınıb. Nümunələr ixtisaslaşmış milli laboratoriyada yoxlanılıb", - məlumatda deyilir.

Strasenidə fövqəladə hallar üzrə rayon komissiyası yaradılıb.

Bütün hallar Ukrayna ilə sərhədə yaxın ev təsərrüfatlarında aşkar edilib, epidemioloqlar çirklənmiş məhsulların gətirildiyini güman edirlər.

Son xəbərlər

Orphus sistemi