Yuxarı

​Moldovada 10 mindən çox insan hökumət əleyhinə mitinqə çıxıb

Mitinq dinc şəraitdə keçib

Bakı. 7 İyun. REPORT.AZ/ Moldovada “Ləyaqət və Ədalət” vətəndaş platformasının hakim koalisiya liderlərinin istefası tələbi ilə keçirilən etiraz aksiyası zamanı 10 mindən çox insan Kişinyov küçələrinə çıxıb.

“Report” TASS-a istinadən xəbər verir ki, mitinqin yekununda Avropayönlü koalisiya əleyhinə qəbul edilən qətnamədə beynəlxalq tərəfdaşlar tərəfindən ölkəyə olan etimadın itirilməsinə gətirib çıxaran siyasi iradənin yoxluğundan danışılır.

Polisin məlumatına görə, bəzi hallarda nümayişçiləri canlı sədd vasitəsi ilə bir-birindən ayırmaq zərurətinin yaranmasına baxmayaraq mitinq dinc şəraitdə keçib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi