Moldova Rusiyadan Dnestryanı bölgənin işğalına görə böyük məbləğdə təzminat istəyəcək

Moldova Rusiyadan Dnestryanı bölgənin işğalına görə böyük məbləğdə təzminat istəyəcək "Moldovanın əsas tərəfdaşları ABŞ və Avropa Birliyidir"
Digər ölkələr
21 Yanvar , 2018 04:15
Moldova Rusiyadan Dnestryanı bölgənin işğalına görə böyük məbləğdə təzminat istəyəcək

Bakı. 21 yanvar. REPORT.AZ/ Moldova parlamentinin spikeri Andrian Kandu Rusiyanın Dnestyanı bölgəsindəki sühməramlı qüvvələrini işğalçı adlandırıb və bu ölkəni beynəlxalq hüququ pozmaqda ittiham edib.

"Report" "Qazeta.ru"-ya istinadən xəbər verir ki, bu barədə o, qəzetlərin birinə verdiyi müsahibədə deyib.

Spiker əlavə edib ki, Moldova beynəlxalq hüquq şirkətinə müraciət etmək niyyətindədir. Həmin şirkət son 25 il ərzində Rusiya qoşunlarının Dnestryanıda olduğu zaman ölkənin maliyyə itkilərini hesablayacaq. Onun sözlərinə görə, hesabın milyardlarla dollar civarında olacağı gözlənilir.

Siyasətçinin sözlərinə görə, ölkəsi Rusiya ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaq istəyir. Amma Moldovanın əsas tərəfdaşları ABŞ və Avropa Birliyidir.

“Avropa yönümlü partiya kimi biz Rusiya ilə münaqişə yox, əksinə, qarşılıqlı hörmət əsasında olan münasibətlər qurmaq istəyirik. Rusiyanın bizimlə bərabər səviyyədə əlaqə saxlamasını istəyirik, ikinci, hətta üçüncü dərəcəli ölkə kimi yox", – deyə o bildirib. 

Son xəbərlər

Orphus sistemi