Moldova prezidentinin qəzaya düşdüyü anın görüntüləri yayılıb - VİDEO

Moldova prezidentinin qəzaya düşdüyü anın görüntüləri yayılıb - VİDEO Bakı. 9 sentyabr. REPORT.AZ/ Moldova Dövlət Mühafizə Xidməti ölkə prezidenti İqor Dodonun içərisində olduğu maşının qəzaya düşdüyü anın görüntülərini yayıb.
Digər ölkələr
9 Sentyabr , 2018 19:50
Moldova prezidentinin qəzaya düşdüyü anın görüntüləri yayılıb - VİDEO

Bakı. 9 sentyabr. REPORT.AZ/ Moldova Dövlət Mühafizə Xidməti ölkə prezidenti İqor Dodonun içərisində olduğu maşının qəzaya düşdüyü anın görüntülərini yayıb.

“Report” xəbər verir ki, videodan yük maşınının qarşı yola çıxdığı, ardınca isə nəqliyyat vasitəsinin dövlət başçısının olduğu avtomobilə çırpıldığı və nəticədə onu yoldan kənara atdığı görünür.

Qəza Straşenı – Kalaraş yolunda baş verib. Dövlət başçısı qəza nəticəsində xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi