Moldova prezidentinin iqamətgahında Avropa İttifaqının bayrağı yığışdırılıb

Moldova prezidentinin iqamətgahında Avropa İttifaqının bayrağı yığışdırılıb Həmçinin prezidentin saytnın dizaynı dəyişib
Digər ölkələr
26 dekabr 2016 10:18
Moldova prezidentinin iqamətgahında Avropa İttifaqının bayrağı yığışdırılıb

Bakı. 26 dekabr. REPORT.AZ/ İqor Dodonun Moldova prezidenti vəzifəsini icra etməyə başlamasından sonra dövlət başçısının iqamətgahında Avropa İttifaqının bayrağı yığışdırılıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu məqam bu gün səhər məsləhətçilərini təqdim edən prezidentin ilk brifinqinə gələn jurnalistlərin diqqətini çəkib.

Bundan əlavə, həftəsonu qeyri-iş günlərində prezidentin saytı da dəyişib. Belə ki, saytın dil seçimi bölməsində rus və ingilis dili ilə yanaşı, moldova dili (MD) də var, hərçənd daha əvvəl bu hissədə rumın dili (RO) yer alıb.

Prezidentin mətbuat katibi İvan Çeban jurnalistlərə açıqlamasında bildirib ki, prezident Konstitusiyaya hörmətlə yanaşır və hamını buna riayət eləməyə çağırır.

Son xəbərlər

Orphus sistemi