​Moldova prezidenti Qələbə günündə Moskvaya getməyəcək

​Moldova prezidenti Qələbə günündə Moskvaya getməyəcək Timofti Kişinyovda keçiriləcək tədbirlərə qatılacaq
Digər ölkələr
1 Aprel , 2015 01:11
​Moldova prezidenti Qələbə günündə Moskvaya getməyəcək

Bakı. 1 aprel. REPORT.AZ/ Moldova prezidenti Nikolay Timofti Mayın 9-da Moskvada Qələbə günü münasibəti ilə keçiriləcək paradda iştirak etməyəcək.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Timoftinin mətbuat katibi Vlad Surkanu məlumat verib.

"Prezident Nikolay Timofti bununla bağlı rəsmi cavab verdi, o mayın 9-da Moskvaya getməyəcək", — deyə Vlad qeyd edib

Prezidentin nümayəndəsi Timoftinin Kişinyovda keçiriləcək tədbirlərə qatılacağını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi