Moldova Prezidenti İqor Dodon hökuməti Kişineuda NATO-nun ofsini açmamağa çağırıb

Moldova Prezidenti İqor Dodon hökuməti Kişineuda NATO-nun ofsini açmamağa çağırıb İqor Dodon: ”Əgər ofis açılarsa mən onun bağlanmasını istəyəcəyəm”
Digər ölkələr
21 Fevral , 2017 17:08
Moldova Prezidenti İqor Dodon hökuməti Kişineuda NATO-nun ofsini açmamağa çağırıb

Bakı. 21 fevral. REPORT.AZ/ Moldova Prezidenti İqor Dodon hökuməti Kişineuda NATO-nun ofsini açmamağa çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, dövlət başçısı bunu parlamentin sədri Andrian Kandu və Baş nazir Pavel Filiplə fevralın 21-də keçirdiyi iclasın yekununa həsr etdiyi brifinqdə deyib.

“NATO bürosunun açılması məsələsinə gəlincə, bir daha təkrar edirəm: bizim buna ehtiyacımız yoxdur. Əgər ofis açılarsa, mən onun bağlanmasını istəyəcəyəm. Moldova tərəfsiz ölkədir” - İqor Dodon vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi