Moldova prezidenti: "Anti-Rusiya xarakteri daşıyan heç bir qanunu imzalamayacam"

Moldova prezidenti: "Anti-Rusiya xarakteri daşıyan heç bir qanunu imzalamayacam" İqor Dodon: "Hətta əgər parlament iki və ya üç dəfə təkrar qəbul etsə belə mən həmin qanunları imzalamayacam və qüvvəyə minməyəcək"
Digər ölkələr
11 Sentyabr , 2017 11:49
Moldova prezidenti: Anti-Rusiya xarakteri daşıyan heç bir qanunu imzalamayacam
РИА Новости / Владимир Астапкович

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Anti-Rusiya xarakteri daşıyan hər hansı qanununa imza atmayacam".  

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Moldova prezidenti İqor Dodon deyib. 

O vurğulayıb ki, konstitusiyaya əsasən prezident birinci dəfə veto qoyduğu qanun yenidən dövlət başçısına göndərilərsə onu imzalamalıdır: "Bu, dövlət maraqlarına uyğun olmasa, mən bu müddəanı pozacam. Söhbət "9 May" qanunundan gedir. Bu, bizim üçün müqəddəs bayramdır və biz mayın 9-nu Avropa Günü elan edə bilmərik. Bu, xatirə günü, Qələbə Günüdür. Eyni sözlər "Rusiya təbliği"nə aid qanuna da aiddir. Hətta əgər parlament iki və ya üç dəfə təkrar qəbul etsə belə mən həmin qanunları imzalamayacam və onlar qüvvəyə minməyəcək".

İ.Dodan Moldova parlamentinin gələcəkdə qəbul edəcəyi bütün qanunlara sərt veto qoyulmasına ehtiyac olacağını istisna etməyib. 

"Amma bu, ən son variantdır", -deyə prezident vurğulayıb.

Qeyd edək ki, sentyabrın sonunda Moldovada parlamentin növbəti sessiyası başlayacaq. Sessiya ərzində deputatlar prezidentin veto qoyduğu qanunlara təkrar baxacaq. Deputatlar həmçinin Rusiya telekanallarının informasiya, analitik verilişlərinin yayımına qadağa qoyulması barədə təşəbbüsü müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi