Moldova paytaxtında nümayiş iştirakçıları siyasi partiya yaradacaq

Moldova paytaxtında nümayiş iştirakçıları siyasi partiya yaradacaq “Parlament seçkiləri elan edilsə, biz buna hazır olmalıyıq”, – deyə DA platformasının fəalı Andrey Nestase bildirib
Digər ölkələr
13 Sentyabr , 2015 19:23
Moldova paytaxtında nümayiş iştirakçıları siyasi partiya yaradacaq

Bakı. 13 sentyabr. REPORT.AZ/ Moldovanın paytaxtı Kişinyovda ölkə rəhbərliyinin istefası tələbiylə nümayiş davam edir.

"Report"-un RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, “Demnitate si adevar” - DA (“Ləyaqət və hüquq”) vətəndaş platformasının təşkilatçılığı ilə keçirilən aksiyada 40 minədək insan iştirak edir.

Aksiya təşkilatçıları parlament seçkilərində iştirak etmək məqsədi ilə siyasi partiya yaradılacağı bəyan ediblər.

“Parlament seçkiləri elan edilsə, biz buna hazır olmalıyıq. Yeni partiyaya ancaq xalqın maraqlarına xəyanət etməyən insanlar qatılacaq”, – deyə DA vətəndaş platformasının fəalı Andrey Nestase bildirib.

Etirazlar ötən həftə başlayıb, hər gün Kişinyovun mərkəzi küçələrində mitinqlər keçirilib, hökumət evi qarşısında çadırlar qurulub.

Son xəbərlər

Orphus sistemi