Moldova parlamentinin sədri özünü müvəqqəti prezident təyin edib

Moldova parlamentinin sədri özünü müvəqqəti prezident təyin edib Andrian Kandu oktyabrın 24-də Eujen Sturzanın müdafiə naziri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalamaq niyyətindədir
Digər ölkələr
24 Oktyabr , 2017 11:22
Moldova parlamentinin sədri özünü müvəqqəti prezident təyin edib
Moldova parlamentinin sədri Andrian Kandu / GagauzInfo

Bakı. 24 oktyabr. REPORT.AZ/ Moldova parlamentinin sədri Andrian Kandu İqor Dodonun əvəzinə prezident funksiyalarını yerinə yetirəcək.

"Report" Moldova parlamentinin sədrinin mətbuat xidmətinə istinadən xəbər verir ki, A.Kandu Prezident Administrasiyasından parlamentə bütün zəruri sənədlərin daxil olacağı təqdirdə oktyabrın 24-də Eujen Sturzanın müdafiə naziri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalamaq niyyətindədir.

Qeyd edək ki, oktyabrın 20-də Moldovanın Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin prezidentin öz vəzifələrini yerinə yetirməkdən imtina etdiyi halda dövlət başçısı səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icra edilməsinin mümkünlüyü ilə bağlı sorğusuna baxıb. Məhkəmə İ.Dodonun müvəqqəti olaraq öz vəzifələrini yerinə yetirmək vəziyyətində olmadığını və onun səlahiyyətlərinin parlament sədri və ya baş nazir tərəfindən icra edilə biləcyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi