Bakı. 21 avqust. REPORT.AZ/ Moldovanın Milli Korrupsiyaya qarşı Mübarizə Mərkəzi və Prokurorluğu bu gün hökumətdə axtarışlar aparır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə mərkəzin mətbuat katibi Anjela Starinski məlumat verib.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin, eləcə də Maarif, Mədəniyyət və Elmi Tədqiqatlar Nazirliyinin əməkdaşları şübhə altına alınıb.
"Söhbət korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ilə bağlı bir çox hallardan gedir. Onlar Moldova vətəndaşları və əcnəbilərə qeyri-qanuni yolla sənədlər verməkdə şübhəli bilinirlər", - A.Starinski bildirib.