Moldova BMT vasitəsilə Rusiya ordusunun Dnestryanıdan çıxarılmasını tələb edir

Moldova BMT vasitəsilə Rusiya ordusunun Dnestryanıdan çıxarılmasını tələb edir Moldova BMT vasitəsilə Rusiya ordusunun Dnestryanıdan çıxarılmasını tələb edir.
Digər ölkələr
127
10 May , 2022 05:16
Moldova BMT vasitəsilə Rusiya ordusunun Dnestryanıdan çıxarılmasını tələb edir

Moldova BMT vasitəsilə Rusiya ordusunun Dnestryanıdan çıxarılmasını tələb edir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Moldovanın Baş naziri Nataliya Qavrilitsa bildirib.

"Moldova BMT platformasından regionda tanınmamış rejimin nəzarətində olan ərazidə insan hüquqlarının pozulmasına diqqət çəkmək üçün istifadə edir. BMT qətnamələrində bu mövzuların olması ondan xəbər verir ki, Dnestryanı münaqişəni dünya ictimaiyyəti gündəmdə saxlayır”, - Qavrilitsa deyib.

Onun sözlərinə görə, Kişinyov münaqişənin sülh yolu ilə həllini tapmaq istəyir ki, bu da ölkəni bütün vətəndaşların rifahı naminə inkişaf etdirməyə imkan verəcək.

Qeyd edək ki, 2018-ci ilin iyununda BMT Baş Assambleyası Rusiyanı qoşunlarını Dnestryanı bölgədən çıxarmağa çağırıb, qətnaməni 64 dövlət dəstəkləyib, 14-ü əleyhinə çıxıb, daha 83 ölkə bitərəf qalıb. Bundan əvvəl Moldova Prezidenti Maya Sandu dəfələrlə Dnestryanıdakı silah-sursat anbarlarını qoruyan Rusiya hərbçilərinin geri çəkilməsinə çağırıb.

Son xəbərlər

Orphus sistemi