Moldova hakimiyyəti Avropa İttifaqına (Aİ) üzv olmaq üçün ərizə verəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Moldova Prezident Maya Sandu keçirdiyi brifinqdə deyib.
"Bu gün biz Moldovanın Avropa İttifaqına daxil olması üçün ərizə imzalayacağıq. O, Fransa prezidenti Emmanuel Makrona göndəriləcək", - Sandu bildirib.
Ölkə başçısı sənədi parlamentin spikeri İqor Qrosu və baş nazir Natalya Qavrilitsa ilə birgə imzalayıb.