MKİ rəhbəri: KXDR bir neçə ay sonra ABŞ-a nüvə zərbəsi endirməyə qadir olacaq

MKİ rəhbəri: KXDR bir neçə ay sonra ABŞ-a nüvə zərbəsi endirməyə qadir olacaq Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Mayk Pompeo Pxenyanın ABŞ-a nə vaxt nüvə zərbəsi endirməyə qadir olacağını açıqlayıb.
Digər ölkələr
23 Yanvar , 2018 03:12
MKİ rəhbəri: KXDR bir neçə ay sonra ABŞ-a nüvə zərbəsi endirməyə qadir olacaq
Mayk Pompeo

Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Mayk Pompeo Pxenyanın ABŞ-a nə vaxt nüvə zərbəsi endirməyə qadir olacağını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə o, "CBS"-ə müsahibəsində bildirib.

MKİ rəhbərinin sözlərinə görə, söhbət bir neçə aydan gedir. "Əlbəttə mən (bunun-red) bir ildən sonra (baş verəcəyinə-red) deməyə şad olardım. ABŞ hökuməti səylə bu müddəti uzatmağa çalışır", - deyə Pompeo qeyd edib.

Daha əvvəl ABŞ KXDR-in nüvə potensialını qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi