Yuxarı
    Bağlamaq

    MKİ direktoru: "Wikileaks" Rusiya tərəfindən istifadə edilib"

    Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsi WikiLeaksdən hakerlərin oğurladığı sənədlərin yayılması məqsədilə istifadə edib© Dw.de

    Bakı. 14 Aprel. REPORT.AZ/ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayka Pompeo "Wikileaks" təşkilatının Rusiya kimi düşmən dövlətlərin tez-tez istifadə etdiyi kəşfiyyat strukturu olduğunu bildirib.

    "Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, MKİ direktoru "WikiLeaks"i ABŞ-a düşmən ölkələrin yararlandığı qeyri-hökumət kəşfiyyat xidməti adlandırıb.

    O, ABŞ kəşfiyyatının yanvar hesabatına əsaslanaraq qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsi "WikiLeaks"dən hakerlərin oğurladığı sənədlərin və Demokratlar Partiyasının məktublarının yayılması və bununla seçkilərin gedişinə respublikaçı namizəd Donald Trampın xeyrinə təsir etmək məqsədilə istifadə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi