MKİ direktoru: “Pekin Vaşinqtonun ən böyük geosiyasi problemi olacaq”

MKİ direktoru: “Pekin Vaşinqtonun ən böyük geosiyasi problemi olacaq” “Pekin qarşıdakı onilliklərdə Vaşinqtonun ən böyük geosiyasi problemi olacaq”.
Digər ölkələr
3 Fevral , 2023 07:47
MKİ direktoru: “Pekin Vaşinqtonun ən böyük geosiyasi problemi olacaq”

“Pekin qarşıdakı onilliklərdə Vaşinqtonun ən böyük geosiyasi problemi olacaq”.

“Report”un məlumatına görə, bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns Corctaun Universitetində keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Çin ABŞ-ın onilliklər ərzində üzləşdiyi ən böyük geosiyasi problem və Mərkəzi Kəşfiyyat İdarəsi üçün ən böyük prioritet olaraq qalır”.

Uilyam Berns yeni texnologiyalar sahəsini ABŞ və Çin arasında rəqabətin əsas arenası və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin gələcəyini müəyyən edən əsas amil adlandırıb.

Son xəbərlər

Orphus sistemi