Mixeil Saakaşvilinin tərəfdarları Kiyevdə ona dəstək məqsədilə mitinq keçirirlər

Mixeil Saakaşvilinin tərəfdarları Kiyevdə ona dəstək məqsədilə mitinq keçirirlər Bakı. 22 dekabr. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin onlarla tərəfdarı Kiyev Apellyasiya Məhkəməsinin binası yaxınlığında siyasətçiyə dəstək məqsədilə mitinq keçirir.
Digər ölkələr
22 Dekabr , 2017 14:48
Mixeil Saakaşvilinin tərəfdarları Kiyevdə ona dəstək məqsədilə mitinq keçirirlər

Bakı. 22 dekabr. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin onlarla tərəfdarı Kiyev Apellyasiya Məhkəməsinin binası yaxınlığında siyasətçiyə dəstək məqsədilə mitinq keçirir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, mitinq iştirakçıları siyasətçini dəstəkləyən plakatlar qaldırıblar, onlar Saakaşvilinin azadlıqda qalmasını tələb edirlər.

Hazırda məhkəmə binası Milli Qvardiyanın döyüşçüləri və polis tərəfindən mühafizə olunur.

Qeyd edək ki, Kiyev şəhər Peçerski Rayon Məhkəməsi dekabrın 11-də Prokurorluğun M.Saakaşvili barəsində ev dustağı qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini təmin etməyib, siyasətçi azadlıqda qalıb. Prokurorluq məhkəmənin M.Saakaşvilini ev dustaqlığına almaqdan imtina etməsi barədə qərarından şikayət verib. Gürcüstanın keçmiş prezidenti təqsirləndirildiyi maddə ilə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası ala bilər. Bu gün Kiyev Apellyasiya Məhkəməsi Prokurorluğun apellyasiya müraciətinə baxacaq.

Son xəbərlər

Orphus sistemi