Mixeil Saakaşvilinin istintaqa ifadə verəcəyi tarix məlum olub

Mixeil Saakaşvilinin istintaqa ifadə verəcəyi tarix məlum olub Bir müddət əvvəl bildirilirdi ki, M.Saakaşvili Ukrayna prokurorluğuna idafə verməkdən imtina edib
Digər ölkələr
19 Dekabr , 2017 01:31
Mixeil Saakaşvilinin istintaqa ifadə verəcəyi tarix məlum olub

Bakı. 18 dekabr. REPORT.AZ/ Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Odessanın sabiq qubernatoru Mixeil Saakaşvilini dekabrın 22-də istintaqa çağırıb.

"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə qurumdaxili mənbələr məlumat yayıb.

"Saakaşvili dekabrın 22-də UTX-nin Kiyev İdarəsinə istintaq qarşısına çağırılır", - deyə mənbələrdən biri bildirib.

Bir müddət əvvəl bildirilirdi ki, M.Saakaşvili Ukrayna Prokurorluğuna ifadə verməkdən imtina edib. 

Son xəbərlər

Orphus sistemi