Mixeil Saakaşvili: "Ulu nənəm Stalini jandarmlardan xilas edib"

Mixeil Saakaşvili: "Ulu nənəm Stalini jandarmlardan xilas edib" Bakı. 12 fevral. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti, hazırda Yeni Qüvvələr Hərəkatı Partiyasına rəhbərlik edən Mixeil Saakaşvilinin ulu nənəsi vaxtilə İosif Stalini çar jandarmlarından xilas edib.
Digər ölkələr
12 Fevral , 2018 15:19
Mixeil Saakaşvili: Ulu nənəm Stalini jandarmlardan xilas edib

Bakı. 12 fevral. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti, hazırda Yeni Qüvvələr Hərəkatı Partiyasına rəhbərlik edən Mixeil Saakaşvilinin ulu nənəsi vaxtilə İosif Stalini çar jandarmlarından xilas edib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə M.Saakaşvilinin özü "Facebook"dakı səhifəsində britaniyalı rejissor Armando İannuççinin "Stalinin ölümü" filmini şərh edərkən yazıb.

"Ulu nənəm mənə danışardı ki, Stalini atasının evindən çıxarmaqla onu çar jandarmlarından xilas edib. Stalin isə bu yaxşılığın qarşılığında onların mülklərini əllərindən alıb, ulu nənəmin atasını və qardaşını məhv edib", - M.Saakaşvili bildirib.

Son xəbərlər

Orphus sistemi