Bakı. 20 iyul. REPORT.AZ/ Yaponyanın "Mitsubishi" şirkətinin rəsmiləri İkinci Dünya Müharibəsi dövründə hərbi əsirlərdən qul kimi istifadə etdiyinə görə üzr istəyib.
"Mitsubishi"rəsmisi Hikaru Kimura müharibə dövründə əsir alınan 94 yaşlı Ceyms Mörfidən Los Ancelesde keçirilən ictimai tədbirdə rəsmi olaraq üzr istəyib.
Yaponya hökuməti və özəl şirkətlər 12 minə yaxın Amerika müharibə məhbusundan icbari işçi qüvvəsi kimi istifadə etmişdi.
Yaponya hökumətinin rəsmi olaraq Amerika məhbuslarından işçi qüvvəsi kimi istifadə edildiyinə görə üzr istəməsinə baxmayaraq, Mitsubishi şirkəti bu addımı atan ilk özəl şirkətdir.