Missuridə təyyarə qəzası nəticəsində bir nəfər ölüb - VİDEO

Missuridə təyyarə qəzası nəticəsində bir nəfər ölüb - VİDEO Bakı. 7 mart. REPORT.AZ/ Amerikanın Missuri ştatında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.
Digər ölkələr
7 Mart , 2019 06:23
Missuridə təyyarə qəzası nəticəsində bir nəfər ölüb - VİDEO

Bakı. 7 mart. REPORT.AZ/ Amerikanın Missuri ştatında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.

"Report" "KY3" nəşrinə istinadən xəbər verir ki, hadisə Sammersvill yaxınlığında baş verib.

Portalın məlumatına görə, ölən şəxs Sprinqfilddən olan 64 yaşlı kişidir. O, təyyarənin göyərtəsində tək olub.

Yerli şerifin sözlərinə görə, ilkin məlumatlara əsasən, qəzaya təyyarənin ağacla toqquşması səbəb olub.

Daha əvvəl Polşada qırıcı təyyarə qəzaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi