Misirli terrorçu 54 nəfərin ölümündə günahlandırılıb

Misirli terrorçu 54 nəfərin ölümündə günahlandırılıb Misirin ən təhlükəli terrorçularından biri olan Hişam Aşmaui hərbi tribunal qarşısına çıxıb.
Digər ölkələr
26 İyun , 2019 12:46
Misirli terrorçu 54 nəfərin ölümündə günahlandırılıb

Misirin ən təhlükəli terrorçularından biri olan Hişam Aşmaui hərbi tribunal qarşısına çıxıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o daha əvvəl qiyabi olaraq mühakimə olunduğu beş epizod üzrə ittiham olunur.

Qeyd olunur ki, terrorçunun törətdiyi və ya baş tutmasına yardım etdiyi hücumlar nəticəsində 54 nəfər ölüb.

Xatırladaq ki, H.Aşmaui keçən ilin oktyabrında Liviyanın Derna şəhərində yerli hərbçilər tərəfindən saxlanılıb, bu ilin may ayının sonlarında isə Qahirəyə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi