Misirli hərbçilər səhvən meksikalı turistləri qətlə yetiriblər - YENİLƏNİB

Misirli hərbçilər səhvən meksikalı turistləri qətlə yetiriblər - YENİLƏNİB Avtomobillərdə terrorçuların olduğunu zənn edən əsgərlər 12 nəfəri qətlə yetiriblər, daha 10 nəfər yaralanıb.
Digər ölkələr
14 Sentyabr , 2015 07:31
Misirli hərbçilər səhvən meksikalı turistləri qətlə yetiriblər - YENİLƏNİB

Bakı. 14 sentyabr. REPORT.AZ/ Rəsmi Mexiko Misir hökümətindən meksikalı turistlərə qarşı həyata keçirilən silahlı hücum faktının hərtərəfli araşdırılmasını tələb edir. "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu tələbi Meksika prezidenti Enrike Penya Nyeti "Twitter" səhifəsi vasitəsi ilə səsləndirib.

Meksika Xarici İşlər Nazirliyi isə misirli hərbçilər tərəfindən ötən gün iki meksikalı turistin qətlə yetirildiyini rəsmi şəkildə təsdiqləyib.

*** 06.36 

Bakı. 14 sentyabr. REPORT.AZ/ Misirin El-Vahat rayonunda terrorçu "İŞİD" quplaşmasının üzvlərinə qarşı xüsusi əməliyyat həyata keçirən hərbçilər ötən gün səhvən meksikalı turistlərin də olduğu dörd avtomobilə atəş açıblar.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat zonasına daxil olan avtomobillərdə terrorçuların olduğunu zənn edən əsgərlər 12 nəfəri qətlə yetiriblər. Daha 10 nəfər yaralanıb.

Ölənlərdən neçəsinin Meksika vətəndaşı olduğu hələlik açıqlanmır. 

Son xəbərlər

Orphus sistemi