Misirin XİN başçısı: "Normallaşma üçün Türkiyə ilə təmaslarımız davam edir"

Misirin XİN başçısı: "Normallaşma üçün Türkiyə ilə təmaslarımız davam edir" “Türkiyə ilə əlaqələrin normallaşması üçün yeni addımların atılması istiqamətində təmaslarımız davam edir”.
Digər ölkələr
5 İyul , 2021 11:42
Misirin XİN başçısı: Normallaşma üçün Türkiyə ilə təmaslarımız davam edir
Samih Şukri

“Türkiyə ilə əlaqələrin normallaşması üçün yeni addımların atılması istiqamətində təmaslarımız davam edir”.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri yerli Qahirə və “ən-Nas” telekanalına müsahibəsində bildirib.

“Normal əlaqələrin ölkələrin daxili işlərinə qarışılmaması əsasında qurulduğunu təkrar vurğulayırıq. Bu, beynəlxalq səviyyədə qəbul olunmuş bir siyasətdir və sabitlik yaradır. Davam edərsə əlaqələrin normallaşmasına, onun üçün ən uyğun çərçivəyə və necə davam edəcəyini müəyyənləşdirmək məqsədi ilə fərqli səviyyələrdə təmasların sürdürülməsinə yol açar”, - nazir deyib.

O, Türkiyə ilə Liviyadakı vəziyyəti də müzakirə etdiklərini qeyd edib.

Qeyd edək ki, mayın 5-6-da Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın başçılığı ilə nümayəndə heyəti Misirin dəvəti ilə Qahirəyə səfər etmişdi.

Son xəbərlər

Orphus sistemi