Yuxarı
    Bağlamaq

    Misirin Sinay yarımadasında 14 terrorçu məhv edilib

    Əməliyyat aparılan bölgə mühasirəyə alınıb

    Bakı. 13 noyabr. REPORT.AZ/ Misirin təhlükəsizlik qüvvələri Sinay yarımadasının şimal hissəsində 14 terrorçunu məhv edib.

    "Report" xəbər verir ki, bu barədə yarımadaya cəlb olunmuş ordu kontingenti qərargahının nümayəndəsi polkovnik Məhəmməd Samir məlumat verib.

    Onun sözlərinə görə, terrorçuların polislərə hücum üçün toplaşdıqları beş məntəqəsi, həmçinin istifadəyə hazır vəziyyətdə olan ondan çox güclü partlayıcı qurğusu zərərsizləşdirilib, çoxlu sayda silah və döyüş sursatı aşkar edib.

    Samir əlavə edib ki, əməliyatların aparıldığı ərazi hazırda mühasirəyə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi