Misirin silah embarqosu ləğv edilib

Misirin silah embarqosu ləğv edilib ABŞ Misirə hər il 1.3 milyard dollarlıq hərbi yardım göstəriləcəyini də vəd edib
Digər ölkələr
2 Aprel , 2015 01:06
Misirin silah embarqosu ləğv edilib

Bakı. 2 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Misirin 18 aylıq silah embarqosunu ləğv edib.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, bu qərar 12 ədəd F-16 təyyarəsi, 20 - “Harpun” raketi və 125 - M1A1 Abrams tanklarının Misir ordusuna çatdırılımasına yol açır.

ABŞ dövlət başçısı prezident Əbdel Fəttah Əl-Sissiyə hər il Misirə 1.3 milyard dollarlıq hərbi yardım göstəriləcəyini də vəd edib.

Yardımlar 2013-cü ilin oktyabr ayında Misir ordusunun sabiq prezidenti Məhəmməd Mursinin hakimiyyətdən getməsindən sonra dayandırılmışdı.

Misir liderləri silah embarqosunun Sinay yarımadasında islam yaraqlıları və İranın dəstəklədiyi şiə üsyançıları ilə mübarizə səylərini məhdudlaşdırdığından şikayətlənirdi.

Ağ Evin qərarı bir ay sürən araşdırmalardan sonra verilib. Araşdırmalar ABŞ-ın müdafiə zərurəti, yoxsa Misrin demokratik islahatlarına yardım mahiyyəti daşıdığına həsr edilmişdi.

Son xəbərlər

Orphus sistemi