Misirin sabiq prezidentinin kiçik oğlu zaminə buraxılıb

Misirin sabiq prezidentinin kiçik oğlu zaminə buraxılıb Bakı. 11 oktyabr. REPORT.AZ/ Misir Baş Prokurorluğu sabiq prezident Məhəmməd Mursinin bundan əvvəl saxlanılan kiçik oğlu Abdullanı çərşənbə günü girov müqabilində zaminə buraxılıb.
Digər ölkələr
11 Oktyabr , 2018 07:57
Misirin sabiq prezidentinin kiçik oğlu zaminə buraxılıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Misir Baş Prokurorluğu sabiq prezident Məhəmməd Mursinin bundan əvvəl saxlanılan kiçik oğlu Abdullanı çərşənbə günü girov müqabilində zaminə buraxılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Al-Watan" xəbər portalı məlumat yayıb.

Bildirilir ki, qərar nəzarət orqanının rəhbəri Nabil Sadiq tərəfindən qəbul olunub. Abdulla bir neçə saatlıq dindirilmədən sonra 280 dollar müqabilində sərbəst buraxılıb.

O, Misir paytaxtının qəsəbəsindəki evində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb və Dövlət Təhlükəsizlik İdarəsi Prokurorluğunun müstəntiqlərinə təhvil verilib. Abdullanın saxlanılmasına onun milli təhlükəsizlik və ictimai asayişi pozan yalan məlumat və xəbərlər yayması səbəb olun.

Xatırladaq ki, daha əvvəl Misir məhkəməsi sıralarında Məhəmməd Mursinin hakimiyyəti dönəmində - 2014-cü ildə oturaq etiraz aksiyasına qoşulan islamçı liderlərdə olan 75 nəfər barəsində edam cəzası çıxarmışdı.

Son xəbərlər

Orphus sistemi